SMS xatırlatma (ödənişsiz)
BlueTV abunəçilərinə bütün yeniliklər,dəyişikliklər və balansın artırılması ilə bağlı müxtəlif SMS xəbərdarlıqlar göndərəcək.Bütün bu proseslərdən xəbərdar olmaq üçün qoşulma vaxtı əməkdaşlarımıza daimi istifadə etdiyiniz mobil nömrənizi təqdim etməyiniz xahiş olunur.
Statik İP ünvan
Statik İP ünvan – sizin istifadəçi adınıza (login) bağlı və dəyişməz qalan internet şəbəkəsindəki daimi ünvanınızdır. Statik İP ünvan aşağıdakı hallarda Sizə faydalı ola bilər:
- Daimi ünvanı olan şəxsi server təşkil etmək istədikdə;
- Kompüterə məsafədən daxilolmanı təşkil etdikdə;
- Mənzildaxili müşahidə kameralarına məsafədən nəzarəti təşkil etdikdə;
- İP-ünvanla avtorizasiya tələb olunan ayrı-ayrı onlayn xidmətlərdən (fayllar saxlanan sahələr, internet-bankinq, oyun serverləri və s.) istifadə etdikdə;
- VPN qoşulma zamanı (məsələn, evdən ofis şəbəkəsinə VPN qoşulma üçün)
* Fiziki şəxslər üçün Statik İP ünvanın aylıq abunə haqqı 5 AZN təşkil edir.